İnsanların həyatlarında necə hiss etdiklərini müəyyən edən mühüm amillərdən biri onların daxili ünsiyyətidir.
İnsanların mənfi düşüncələri və onları idarə etmələri ətrafda baş verənləri qavrama və şərh etmə tərzinə birbaşa təsir göstərir. Bu qeyd olunan hallar nəticəsində bəzi vəziyyətlər insanların davranış tərzini də dəyişir.
Psixiatr Aaron Temkin Beck “insanların mənfi düşüncələrinin onları təxribat etdiyini” vurğulayır. İnsanlar bu cür düşüncələrini nəzarət altında saxlaya bilməsələr, "güvənsizlik, narahatlıq və qəzəb hissi" kimi vəziyyətlərin ortaya çıxması qaçınılmazdır. Bu hallar nəticəsində insanlar avtomatik olaraq daha çox neqativ düşüncələrə qapılır. Nəticədə yaranan bu mənfi fikirlər təkrarlanan bir dövrə daxil olur. Peşəkar yardım olmadan bu dövrandan çıxmaq asan deyil.
Yuxarıda qeyd edilən vəziyyəti bir bənzətmə ilə izah etmək istəsək, onu daim böyüyən, yuvarlanan və nəzarətsiz hərəkət edən qartopuna bənzətmək olar.
Necə düşünürük?
Düşünmə tərzi duyğulara, əhval-ruhiyyəyə və davranışa təsir edir. Düşüncələr beyində baş verən, istər könüllü, istərsə də qeyri-iradi ola bilən proseslərin məzmunudur. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədə olan, məzmunu müsbət və ya mənfi ola bilən, bəzən beyin fəaliyyətini artıran, enerji sərfiyyatı və köhnəlmə ilə nəticələnən fikirlər, inanclar və xatirələrdir.
Anksiyete qorxu, gələcək hadisələr və potensial təhlükələrlə bağlı zehni bir həll təmin etməyə çalışan mənfi düşüncələr zəncirinə aiddir.
Bunlar fərqli düşüncələr olsa da, hamısı bizi hər bir ssenarinin mənfi tərəfləri ilə əlaqələndirmək gücünə malikdir. Şəxsi müstəvidə, xüsusən də diqqəti cəmləmək qabiliyyətində çətinliklər yaradır. Buna görə də, mənfi düşüncələr geviş, narahatlıq və vəsvəsə kimi arzuolunmaz simptomlara səbəb ola bilər.
Mənfi düşüncələr əslində ünsiyyətdir
İnsanların özləri ilə və ya daxili düşüncələri ilə ünsiyyəti, onların özü və öz nəfsi ilə etdiyi söhbətdən ibarətdir. İnsanların bu cür danışıq tərzi onların xarici dünya ilə münasibətlərinə də təsir edir. Bu da onların kənar insanlara münasibətində mühüm rol oynayır.
Bu səbəblərdən insanların özlərinə qarşı istifadə etdikləri bu dil (düşüncələr) əslində, bir ünsiyyət formasıdır.
Yadda saxlamaq lazımdır ki, insanlar özləri ilə pis davranmağın başqasının onlara pis rəftar etməsi ilə eyni təsirə malik olduğunu başa düşürlər.
Nəticə etibarı ilə, başqalarının özləri haqqında mənfi düşüncələrinin yaratdığı diskomfort hissi, onların özləri haqqında olan mənfi düşüncələrinin yaratdığı hisslə eynidir. Bu cür dağıdıcı və obsesif düşüncə tərzi gələcəkdə onların həyat enerjisini məhv edir.
Qarşısını necə almaq olar?
Rhode Island Universiteti tərəfindən aparılan və "Psychology And Aging" jurnalında dərc edilən bir araşdırma, "mənfi düşüncənin bütün yaş qruplarından insanlara təsir etdiyini" ortaya qoyub.
İnsanlarda bu narahatlığa və xəyal qırıqlığına səbəb olan mənfi düşüncələr uzun müddət davam edərsə, depressiya və narahatlıq yarada bilər. Gələcəkdə belə halların yaranmasının qarşısını almaq üçün mənfi düşüncələrə nəzarət etmək həqiqətən vacibdir.
Bu cür düşüncələri idarə etmək üçün bəzi üsullar sadalaya bilərik:
Nə baş verdiyini müəyyən etmək
Düşüncələri yenidən formalaşdırmaq
Özünə inamın artırılması
Ümumiyyətlə, əgər insanların özünə inamı kifayət qədər yüksək deyilsə, bu, mənfi düşüncəyə səbəb olur. Bunun açıq səbəbi insanların özlərini güvənsiz hiss etmələridir. Belə insanlar daim özlərinə şübhə ilə yanaşırlar.
Yuxarıda göstərilən vəziyyətlərə əsasən, problemləri həll etmək üçün başlanğıcda bir həll nöqtəsi müəyyən etmək lazımdır.
Edilən izahatlar və təkliflər xaricində həyatdakı mənfi düşüncələr və onların gətirdiyi psixoloji narahatlıq hər zaman təkbaşına öhdəsindən gələ bilinən həll yolu olmaya bilər. Belə hallarda mütəxəssis psixoloqdan dəstək almaq lazımdır.
Mənbə: Antalya Terapi Merkezi
Tərcümə etdi: Aminə Paşazadə
