Bu gün:

Digər bayraqlardan fərqli olaraq İsveçrə bayrağı niyə kvadratdır?


İsveçrə bayrağı digər bayraqlardan kvadrat formada olması ilə fərqlənir və bunun səbəbi 1800-cü illərə kimi gedib çıxır.

Qırmızı fonun üstündə ağ xaç olan İsveçrə bayrağının ilk diqqət çəkən cəhəti onun kvadrat formada olmasıdır.

Digər bayraqlar düzbucaqlı olduğu halda İsveçrə bayrağı niyə  kvadratdır? Bu suala cavab vermək üçün bir qədər tarixə nəzər salmaq lazımdır.

İsveçrə əfsanəsinə görə, 1339-cu ildə Laupen döyüşündə İsveçrə əsgərləri qırmızı xaçdan simvol kimi istifadə edən avstriyalı rəqiblərindən fərqlənmək üçün paltarlarına ağ xaç yapışdırıblar. Beləliklə, bütün müxtəlif kantonlardan gələn əsgərlər də eynisini etmək qərarına gəliblər.

Qırmızı fondakı ağ xaç nəhayət İsveçrə ilə əlaqələndirildi və 19-cu əsrdə rəsmi olaraq ölkənin bayrağı kimi qəbul edildi.

1804-cü ildən xaç və qırmızı kvadrat İsveçrə ordularının batalyon hissələrinin simvolu idi. Batalyonda istifadə edilən bayraqlar da kvadrat formada idi. Buna əsasən indiki rəsmi bayraqları kvadrat formada olub. Hazırda Birləşmiş Millətlər Təşkilatında kvadrat bayraqlı yeganə ölkədir.

Əslində BMT qaydalarına uyğun gəlmədiyi üçün əvvəlcə problemlər yaranmışdı, lakin onlar bu problemi qaydalarda dəyişiklik etməklə həll etdilər və İsveçrə bayrağı digər düzbucaqlı bayraqlar arasında kvadrat şəklində dalğalandı.

Əslində, İsveçrə bayrağı həmişə kvadrat kimi istifadə edilmir. Məsələn, olimpiya oyunları üçün düzbucaqlı bayraqlardan istifadə edirlər, çünki Beynəlxalq Olimpiya Komitəsi bunu tələb edir.

Eynilə, su gəmilərindəki İsveçrə bayraqları da digər bayraqlar kimi kvadrat formaya malikdir.

Mənbə: webtekno.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et