A Quiet Place: Day One serialın digər iki filminin kassa uğurunu qazanmasa da, platformalarda izlənmə siyahılarında birinci yeri tuturdu.
Scott Beck və Bryan Woods tərəfindən yaradılan və John Krasinski tərəfindən yazılan və idarə olunan dəhşət seriyası səs ovlayan yadplanetlilərin dünyanın işğalına məruz qalması və sağ qalanların mümkün qədər susmaq məcburiyyətində qalması haqqındadır.
Elmi fantastika və trilleri birləşdirən A Quiet Place: First Day tamaşaçıları yadplanetlilərin işğalının ilk anlarına aparır.
Hazırda üç filmdən ibarət olan Sakit Yer serialı qorxu janrının ən yaxşı nümunələrindən biri hesab olunur. Serialın hər bir filmi həm tənqidçilər, həm də kinosevərlər tərəfindən yüksək qiymətləndirilir.
A Quiet Place: Day One-ın Paramount+-da premyerası olduğundan təxminən bir ay keçdi. Bununla belə, prequel (orijinal istehsaldakı hadisələrdən əvvəl hekayəni izah edən serial və ya film) zamanın keçməsinə baxmayaraq hələ də axın platformasında ən populyar istehsal olaraq qalır. Ən çox baxılan filmlər siyahısında zirvəyə yüksələn Qorxu filmi kassada 261,5 milyon dollar qazanıb.
Mənbə: indyturk.com
Tərcümə etdi: Aydan İbrahimli
