Bu gün:

Qazıntı zamanı arxeoloqun yazdığı 200 illik mesaj tapıldı


Fransanın şimalında aparılan arxeoloji qazıntıda iştirak edən tələbə könüllülər qrupu şüşə butulkaya yerləşdirilmiş sürpriz mesaj tapıb.

Bu yaxınlarda Dieppe yaxınlığındakı qayalıqlarda Qalli kəndinin xarabalıqlarını araşdırarkən tələbələr saxsı qabda kiçik bir şüşə butulka tapdılar.

Qazıntı qrupunun rəhbəri Guillaume Blondel deyir: "Bu, tərkibində ammonyak olan bir şüşə idi və qadınlar boyunlarına asıblar".

Şüşənin içərisində iplə bağlanmış kağız parçasına bükülmüş bir mesaj var idi. Blondel ertəsi gün kağızı açıb üzərindəki mesajı gördü:

“P.J. Dieppedə doğulmuş, müxtəlif ziyalı icmalarının üzvü olan Féret 1825-ci ilin yanvarında burada qazıntılar aparmışdır. O, tədqiqatlarını Cité de Limes və ya Sezar düşərgəsi kimi tanınan bu böyük ərazidə davam etdirir”.

"Bu, həqiqətən sehrli bir an idi" dedi Blondel. "Biz burada keçmişdə qazıntıların aparıldığını bilirdik, lakin 200 il əvvələ aid bu mesajı tapmaq... tamamilə sürpriz oldu." deyir.

Bu fövqəladə qazıntı Dieppenin şimalında yerləşən bu ərazidə qaya eroziyasına görə aparılmışdır. İndiyə qədər oppidumun əhəmiyyətli bir hissəsi, yəni möhkəmləndirilmiş kənd artıq məhv edilmişdir.

Blondel deyir: "Biz bilirdik ki, bu, Qalli kəndidir". Bizim bilmədiklərimiz bu kənddə baş verənlər idi. Bura vacib yer idi?”

Qazıntılar başlayandan bir həftə sonra Qalli dövrünə aid bir neçə artefakt, əsasən də təxminən 2000 il əvvələ aid saxsı qablar aşkar edilib.

Mənbə: arkeofilli

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et