Dünya şöhrətli müğənni Madonna Milanda Moda Həftəsinə qatılaraq stili ilə moda dünyasını silkələyib.

Pop kraliçası Madonna Milanda Moda Həftəsində Dolce & Gabbana-nın 2025-ci ilin yaz/yay moda nümayişindəki təsirli girişi ilə göz qamaşdırıb. 66 yaşlı sənətçi bütün bədənini örtən qara krujeva ilə podiuma çıxaraq yenidən moda dünyasına damğa vurub. O, baş örtüsünün altında diz səviyyəsinə qədər yarıq olan libası və korseti ilə diqqət çəkib.
Madonnanın göz oxşayan aksesuarları arasında nəhəng brilyantlarla işlənmiş Qızıl Alta Gioielleria boyunbağı və Bianco d'Istria daşından oyulmuş kəllələr var idi. O, bu dəbli görünüşünü qızılı və büllur tacla tamamlayaraq kraliça kimi parlayıb.
Moda nümayişinin yaradıcıları Domeniko Dolce və Stefano Qabbana zərifliyinə görə Madonnaya təşəkkür edib, şounun sonunda onu qucaqlayıb və onun şərəfinə "afterparty" təşkil ediblər. İnstaqramdakı paylaşımlarında “Bizə inandığınız üçün təşəkkür edirik. Bu gün əldə etdiklərimizin çoxu sizin sayənizdədir!”- deyə bildirdilər.
Mənbə: mhtkulup.haberturk.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
