Bu gün:

Bryce Canyon Milli Parkı


Türkiyənin ən gözəl coğrafiyalarından biri olan Nevşehirin bir parçası kimi görünən Bryce Canyon Milli Parkı ABŞ-ın Yuta ştatında yerləşir və dünyanın ən böyük "hoodoo" sıxlığına ev sahibliyi edir. Hoodoos, ümumiyyətlə yüksək yayla bölgələrində və quraq hövzələrdə əmələ gələn nazik və hündür qaya sütunlarıdır. Bu heyranedici tikililər insan ölçüsündən tutmuş 10 mərtəbəli binalara qədər hündürlüyü ilə ziyarətçiləri valeh edir.

Bryce Canyonun formalaşması üç əsas mərhələdən keçib. Birincisi, təxminən 50 milyon il əvvəl bu bölgədəki qayalar qədim göldə və sel düzənliyində çökmüşdür. Daha sonra plitələrin tektonik hərəkətləri sayəsində qayalar dəniz səviyyəsindən 2778 metr yüksəkliyə qalxıb. Son mərhələdə təbiət qüvvələri- buz və yağış bu qayaları aşındıraraq, bugünkü unikal hoodoo formalarını yaradıb.

Parkın təqdim etdiyi möhtəşəm mənzərələr xüsusilə səhər saatlarında görməyə dəyər. Ziyarətçilər günəş çıxan kimi bu bənzərsiz tikililəri işıq oyunları ilə kəşf etməkdən həzz alırlar.

Bryce Canyon Milli Parkı ilə Nevşehir arasındakı məsafə təxminən 11.000 kilometrdir. Bu məsafəni təyyarə ilə qət etmək təxminən 13-14 saat çəkir. Təbiətin füsunkar tərəfini görmək istəyirsinizsə, Bryce Canyon Milli Parkı kəşf siyahınızda üst sıralarda olmalıdır.


Mənbə: egetelgraf.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et