
Melanxolik depressiya melanxoliya adlanan depressiyanın bir növüdür və digər depressiya növləri ilə müqayisədə daha ağır simptomlara malikdir. Müalicəsi digər depressiya növləri ilə müqayisədə daha çətin ola bilər. Bununla belə, dəstək psixi sağlamlıq mütəxəssisindən alınmalıdır.
Çox köhnə bir termin olan melanxoliya sözü çox kədərli və ümidsiz olmaq deməkdir. Depressiyada olan insan həyatda aktiv olmur və yeni fəaliyyətlərlə məşğul olmaqda çətinlik çəkir. Bu əlamətlərdən və təriflərdən də göründüyü kimi, melanxolik depressiya insanın gücünü zəiflədən və müalicə edilmədikdə insanı intihara sürükləmə potensialına malik olan ağır depressiya növüdür.
Melanxolik depressiyanın əlamətləri hansılardır?
Melanxolik depressiya yalnız kədərlənməklə kifayətlənmir, həm də fiziki simptomlara səbəb olur. Enerjiniz olmaya bilər, hərəkətlər və düşüncələr yavaşlaya bilər. Melanxolik depressiyanın digər əlamətləri aşağıdakılardır:
•Həyatdan həzz ala bilməmək
• İstəksizlik
keyfiyyətsiz yuxu
• İştahsızlıq
• Kilo itkisi
• Konsentrasiya və ya yaddaşla bağlı problemlər
• Boşluq və ya cavabsızlıq hissi
• Həddindən artıq günahkar hiss etməm
• Ümidsizlik hissləri
• İntihar düşüncələri
Mənbə: npistanbul
Tərcümə etdi: Sevil Azər
