Oreqon Dövlət Universitetində Colin Hesse və komandası tərəfindən aparılan araşdırmalar təcrid və pis yuxu arasında əlaqəni ortaya çıxarıb.
"Journal of Psychology"də dərc olunan araşdırmalar boşluqların stress, həddindən artıq düşünmə və hipersomniya (həddindən artıq ayıqlıq) kimi psixoloji vəziyyətlərlə əlaqəli olduğunu və kabusların intensivliyi, təcililiyini artırdığını bildirir.
Yalnızlıq nəfəs darlığı, vaxtından əvvəl ölüm kimi ciddi sağlamlıq problemləri ilə əlaqəli olsa da, kabusların yuxu keyfiyyətinə mənfi təsir göstərərək bu riskləri artıra biləcəyi irəli sürülür.
Alimlər təcridin insan sağlamlığına əhəmiyyətli təsir göstərdiyini, təkamül yolu ilə yaşamaq üçün bir topluma mənsub olmaq hissinin həyati əhəmiyyət daşıdığını bildirirlər.
Mənbə: Evrimagaciofficial
Tərcümə edən: Günay Məmmədova
