Bu gün:

Qıdıqlama hissi necə yaranır?


Şüurlu və ya şüursuz olaraq bədənimizin müəyyən bölgələrində təmas nəticəsində qıdıqlanma hissi yarana bilər. Əslində, biz kimisə qıdıqlayanda dərhal gülməyə başlayıb və hətta qəhqəhə çəkə bilər. Deməli, gülməli olduğuna görə gülürük, yoxsa əyləndiyimiz üçün? 

Bəs niyə özümüzü qıdıqlaya bilmirik? Yaxud biz niyə bundan təsirlənmirik? Elm insanlarının bu mövzuda etdiyi araşdırmalara görə iki növ qıdıq var: Knismesis və Qargalez. Əgər lələk ilə qıdıqlanmaq və ya dürtülmək kimi yüngül bir hiss ilə qıdıqlanırıqsa, buna deyilir knismesis, lakin daha çox fiziki cəhətdən kimsə tərəfindən zorakılıqla qıdıqlanırıqsa, buna qarqaleziya deyilir. 

Biz özümüzü qıdıqlaya bilmərik, çünki beynimiz siqnalların özümüzdən gəldiyini bilir və biz onları asanlıqla ayırd edə bilirik. Ona görə də özümüzə sürpriz edə bilmərik və beyin bundan əvvəldən xəbərdardır.

Bəzi tədqiqatçıların fikrincə, uşaq və ana arasında qıdıq hissi ilk sosial əlaqənin formalaşmasına kömək edir. Beləliklə, ana körpəsini qıdıqlayır, sevmək və onunla oyun oynamaq istəyir, uşaq isə onu təhlükəsiz hesab edir və bu onu anasına etibar etdiyini göstərir. 

Mənbə: bilimup 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et