Bu gün:

Hormonal çiyələklərin zərərləri nələrdir?


Hormonal çiyələklər quruluşca tünd-qırmızı, formasız və böyük ölçüdə olan çiyələklərdir. Bu çiyələklər onları istifadə edən insana çox cəhətdən zərər verir. Hormonal çiyələk zərərləri dəridə ləkələr şəklində olduğu kimi bəzi allergik reaksiyalar şəklində də görünə bilər. Bazarlarda tez-tez rast gəlinən hormonal meyvələr gündəlik həyatın adi bir parçası halına gəlsə də, istifadəsi ilə bağlı tədbir görülməli və üzvi qidalanmaya keçilməlidir.

Hormonal çiyələklərin zərərlərini aşağıdakı kimi sıralamaq olar:

Mədə pozğunluqları: Hormonal çiyələklər hələ öz dadını və qoxusunu almamış olsalar da, estetik baxımdan gözəl göründüyü üçün rəflərdə öz yerlərini tuta bilirlər və bu, ürək yanması və ya yanma problemlərinə səbəb ola bilər. Hormonal çiyələklərin səbəb olduğu mədə pozğunluqları adətən öz-özünə keçsə də, əgər fərd bu vəziyyətdən təsirlənirsə, həkimə müraciət etmək tövsiyə olunur.

Hormonal problemlər: Araşdırmalar, hormonlarla istifadə edilən qidaların insanların inkişafında bəzi anormallıqlara səbəb olduğunu ortaya qoyub. Bunlardan birincisi erkən yetkinlik kimi tanınır. Xüsusilə qızlarda erkən menstruasiya və döş böyüməsi kimi östrogen hormonları aktivləşir. İkinci vəziyyət sonsuzluqdur və bu vəziyyət adətən kişilərdə müşahidə olunur. Hormonlu çiyələk istifadəsinin ən böyük zərərlərindən biri olan bu hormon balanssızlıqları, təsirini hər keçən gün daha çox hiss etdirir.

Psixoloji pozğunluqlar: Zamanla hormon tərkibli qidalarla qidalanan insanlarda depressiya əlamətləri görünməyə başlayıb. Hormonal çiyələklərin böyük ölçüləri və canlı rəngləri insanları bu qidaları daim istifadə etmək meylinə sövq edir. Çiyələyin tərkibində olan bu hormonlar insan üçün qidalandırıcı olmadığı üçün bir müddət sonra halsızlıq və yorğunluq əlamətləri başlaya bilər.

Şəkər balanssızlıqları: Çiyələk bir çox insanların pəhriz siyahısına tez-tez daxil edilən bir qidadır. Şəkər xəstələrinə şəkər ehtiyacını meyvədən alması tövsiyə edilən bu meyvə, hormonal şəkildə istifadə edildikdə, insanın şəkər səviyyəsinin ani düşməsinə və yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən diabet xəstələri pəhriz saxlayarkən üzvi qidalardan istifadə etməyə diqqət etməlidirlər.

Dəri xəstəlikləri: Hormonlara birbaşa təsir edən qidalar dərhal dəridə özünü göstərə bilər. Sızanaqlar hormonal qidalanmanın ən bariz göstəricilərindən biridir. Əgər fərdin başqa sağlamlıq problemi yoxdursa, istifadə etdiyi qidaların hormonsuz olmasına diqqət yetirmək lazımdır.

Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et