Bu gün:

Arene Kandidin 28.000 yaşlı gənc şahzadəsi


28.000 il əvvəl dəfn edilən bu gənc kişi fərd, Üst Paleolit dövrünün ən mühüm kəşflərindən biri kimi təsvir edilir.

“Arene Kandidin Gənc Şahzadəsi” Üst Paleolit dövrünün ən mühüm tapıntılarından biri kimi təsvir edilir. İtaliyanın Arene Kandid mağarasında aşkar edilən bu məzar üz nahiyəsindən aldığı ağır travma nəticəsində dünyasını dəyişən 15-16 yaşlı bir oğlana məxsusdur.

İtaliyanın Caprazoppa burnundaki Arene Candide mağarasında aşkar edilən məzarda həmçinin ritual və bədii cəhətdən maraqlı məzar əşyaları, o cümlədən qabıq bəzəkləri, mamont dişi boyunbağılar, uzun daş bıçaq və başqa əşyalar vardı. 

Məzarın kəşfi

1942-ci il mayın 1-də Kaprazoppa burnunda yerləşən Arene Kandid (Ağ Qum) mağarasında qazıntı aparan arxeoloqlar mağaranın yer səviyyəsindən 7 metr aşağıda, 15-16 yaşlı bir oğlanın Qravetti dövrünə aid məzarını aşkar etmişlər. Tapıldığı mağaraya görə onu “Aren Kandidin Gənc Şahzadəsi” adlandırıblar.

Təxminən 28 min il əvvəl ağır üz travması nəticəsində dünyasını dəyişən bu uşaq həmin dövr üçün qeyri-adi qiymətli qəbir əşyaları ilə dəfn edilib.

Gəncin məzarının təfərrüatları və xüsusiyyətləri

Skelet başı sola çevrilmiş vəziyyətdə uzanmışdı. Onun boyu 170 sm-dən çox idi, bu onun yaşındakı biri üçün qeyri-adi idi. Başında çoxlu kiçik deşikli dəniz qabıqları var idi ki, bu, üzvi materialın parçalanmasından sonra düşmüş qapağın qalıqları ola bilərdi.

Dizlərinin yaxınlığında, hər iki tərəfdə ayaqqabıya və ya paltara aid ola biləcək iki sümük kulon vardı. Dəfn zamanı, ehtimal ki, cəsədin üzərinə nazik qırmızı oxra təbəqəsi çəkilib. Parçalandıqdan sonra bu boya təbəqəsi sümüklərə nüfuz edərək skeletə qırmızı rəng verib. 

Mənbə: arkeofili 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et