Bu gün:

Qəhvə içmək insanı Parkinson xəstəliyindən qoruya bilər


13 il ərzində 184 mindən çox insanı izləyən genişmiqyaslı araşdırma göstərib ki, qəhvə içənlərin Parkinson xəstəliyinə tutulma ehtimalı qəhvə içməyənlərə nisbətən daha azdır.

Parkinson xəstəliyindən əziyyət çəkən yüzlərlə insanın sonrakı analizlərində tədqiqat onların qanında kofein metabolitlərinin (paraksantin və teofilin) səviyyəsini ölçüb. Nəticələr bu metabolitlərin mövcudluğu ilə Parkinson xəstəliyinin inkişaf riski arasında tərs əlaqəni göstərib.

Parkinson beynin qara substantia adlanan bölgəsində sinir hüceyrələrinin itməsi nəticəsində dofaminin azalması ilə xarakterizə olunan bir xəstəlik olduğundan, kofein ilə bu xəstəlik arasında əlaqə yaratmaq məntiqli görünür.
Bununla belə, tədqiqatçılar bu əlaqəni birbaşa səbəb-nəticə əlaqəsi kimi nəzərdən keçirmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et