Bu gün:

Nomofobiya nədir?


Mobil telefonlar artıq sadəcə ünsiyyət vasitəsi deyil. O, sosial mediadan xəbərlərə, əyləncəli oyunlardan tutmuş vacib işlərə qədər bir çox məzmuna girişi təmin edir. Mobil telefonların bu qədər vazkeçilməz hala gəlməsi bəzi insanlarda müxtəlif qorxular yaradır. Cib telefonu olmadan vaxt keçirmək məcburiyyətində qalma qorxusu olaraq təyin olunan nomofobiya bunun ən böyük nümunələrindən biridir. Müasir dövrün yeni problemi kimi ortaya çıxan nomofobiyanın müəyyən inkişaf prosesi, addımları və əlamətləri var. Asılılığın qarşısını almaq və idarə etmək üçün bəzi addımlar atmaq da mümkündür. Gəlin detallara nəzər salaq."Mobil fobiya yoxdur" sözlərinin birləşməsindən yaranan nomofobiya, cib telefonu olmadan qala bilməmək qorxusu olaraq təyin olunur. Üstəlik, bu qorxu insanın yanında telefonun fiziki olması ilə məhdudlaşmır. Telefonun qəbul olunmadığı bir ərazidə olmaq, batareyanın bitməsi və ya internetə çıxışın itirilməsi kimi bir çox vəziyyətlərdən narahat olmaq mümkündür.

Texnologiyaya həddindən artıq asılılıq ilə ortaya çıxan nomofobiya fərdin sosial, emosional və hətta fiziki sağlamlığına mənfi təsir göstərə bilər. Nomofobiyanın baş verməsinin ən mühüm səbəbləri daimi məlumat axını, tətbiqlər və oyunlardır. Bütün bunlar insanın davamlı olaraq telefonuna müraciət etməsinə və özünü real dünyadan təcrid etməsinə səbəb ola bilər.

Nomofobiya fərdin sosial əlaqələrdən iş həyatına qədər bir çox sahədə problem yaşamasına səbəb ola bilər. Nomofobiya fərdin sosial əlaqələrdən iş həyatına qədər bir çox sahələrdə problem yaşamasına gətirib çıxara bilər. Burada qeyd etmək lazımdır ki, nomofobiya xəstəlik deyil, narahatlıq və qorxu vəziyyətidir. Bu problemin öhdəsindən gəlməyin yollarını öyrəndikdə texnologiya ilə daha sağlam ünsiyyət qurmaq mümkündür.

Nomofobiya əlamətləri hansılardır?

Nomofobiya müasir dünyanın gətirdiyi narahatlıqlardan biridir. Bir çox insanlar bu narahatlığın bəzi əlamətlərini gündəlik həyatlarında fərqində olmadan göstərirlər. Nomofobiyanın ən çox görülən simptomları bunlardır:

• Heç bir səbəb olmadan, hətta boş vaxtlarda belə telefonunuzu yoxlamaq ehtiyacını hiss etmək.

 • Telefonun batareyasının bitməsindən və yanınızda şarj cihazının olmasından çox narahat olmaq

• Yatmazdan əvvəl və ya oyandıqdan dərhal sonra telefona baxmaq

• Telefonunuzu unutduqda və ya hər hansı səbəbdən onu özünüzlə apara bilməyəndə həddindən artıq narahatlıq, narahatlıq və panika hissi.

Bu simptomlardan birini, bir neçəsini və ya hamısını yaşamaq mütləq nomofob olduğunuzu göstərmir. Əhəmiyyətli olan, yaşadığınız bu simptomların gündəlik həyatınıza və həyat keyfiyyətinizə mənfi təsir edib etməməsidir. Beləliklə, bütün bu simptomlar meydana gəlməzdən əvvəl nə baş verir? 


Mənbə: Kuveyt Türk

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et