Xüsusən də Roma və Qədim Yunan dövründə buxur yağı təsirli və gözəl görünüş mənbəyi kimi istifadə edilib. Üstəlik, buxur yağının Kleopatranın tez-tez istifadə etdiyi bitki yağı olduğu deyilir. Buxur yağının faydalarını aşağıdakı kimi sıralamaq olar:
Sıx aromatik qoxuya malik olan buxur yağı rahatlamağa kömək edir. Gərgin bir günün ardından buxur yağının təsirindən faydalanmaq və günün stresindən azad olmaq mümkündür. Buxur yağının təmizləyici təsiri ilə dəridəki kiri və makiyaj qalıqlarını asanlıqla təmizləmək olar. Yağ dərini təmizləmək işini görsə də, dərini köhnəltmir və qurutmur. Buxur yağı dəri üzərində nəmləndirici təsiri ilə də tanınır.
Vitamin və minerallarla zəngin olan buxur yağı dərinin daha parlaq və canlı görünməsinə kömək edir. Antioksidantlarla da zəngin olan buxur yağı sərbəst radikalların dəriyə zərərli təsirlərini də azaldır. Buxur yağı qidalandırıcı və nəmləndirici təsiri ilə saç tellərinə və baş dərisinə müsbət təsir göstərir. Ağrıları aradan qaldıran və qan dövranını sürətləndirən buxur yağı əzələ və ya baş ağrılarında təsirlidir.
Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova
