Bu gün:

İnsulin rezistentliyi olan uşaq necə qidalanmalıdır?


İnsulin rezistentliyi tez-tez piylənmə ilə birlikdə müşahidə olunur, lakin bu, hər obez insanda baş vermir və eyni zamanda obez olmayan uşaqlarda və böyüklərdə də müşahidə edilə bilər.

İnsulin rezistentliyi olan uşaq və yeniyetmələr üçün böyüməyə mane olmayacaq, yaşa uyğun kalori ehtiva edən, zülal, yağ və karbohidratlarda balanslaşdırılmış qidalanma planı hazırlanmalıdır.

Bu qidalanma modelində doymuş yağ tərkibi az olmalı, sadə şəkər ehtiva edən içkilər və qidalar, yüksək kalorili fast foodlar qəbul edilməməlidir. Tam taxıllı çörək və yüksək lif tərkibli qidalara (meyvə, tərəvəz və paxlalılar) üstünlük verilməlidir. Meyvə şirəsi əvəzinə gündə 2-3 porsiya təzə meyvəyə üstünlük verilməli, glisemik indeksi yüksək olan qidalar (düyü plov, makaron, xəmir, tost, banan, şəkərli içkilər və s.) tez-tez istehlak edilməməli, qəlyanaltı yüksək kalorili olmayan qidalar (fındıq, ayran, qatıq və s.) meyvə kimi qidaların daxil olmasına diqqət yetirilməlidir.

Həyat tərzinin dəyişdirilməsi zəruridir. Düzgün qidalanma ilə yanaşı, ümumi fəaliyyət və müntəzəm məşq proqramı piylənmədən asılı olmayaraq həm piylənməni, həm də insulinə həssaslığı artırır və beləliklə də insulin rezistentliyi azaldır.

Mənbə: acibadem 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et