Bu gün:

Üzüm toxumu tozunun faydaları nələrdir?


Bir çox insanlar bu tozu yeməklərə əlavə edərək pəhrizlərinin bir hissəsinə çevirməyə üstünlük verirlər. Bundan əlavə, qara üzüm çəyirdəyi faydaları ilə kosmetik dünyada tez-tez istifadə olunur.

Antioksidant və antiinflamatuar xüsusiyyətlərinə görə yaşlanma əleyhinə kremlər və serumlara daxil olan qara üzümləri ekstraksiya şəklində də görə bilərsiniz. Məhsulun vəd edilmiş faydalarını görmək, məhsulu təhlükəsiz qəbul etmək və toxumdan toz əldə etmək üçün təbii üsullara sadiq qalmaq vacibdir. 

Yığılmış üzümün toxumları ayrılır və artıq nəmi çıxarmaq üçün kölgədə bir neçə həftə qurumağa icazə verilir. Qurudulmuş üzüm toxumları incə toz halına gətirilir, müxtəlif köməkçi maddələr əlavə edilir. Bir neçə gündən sonra bu qarışıq süzülür, müxtəlif turşu tərkibləri və fermentlərlə birlikdə təmizlənir. İstehsalın son mərhələsində toxum tozları sınaqdan keçirilir, qablaşdırılır və onların tərkibində hər hansı patogen, yəni xəstəliyə səbəb ola biləcək mikroblar olub-olmaması yoxlanılır. 

Üzüm çəyirdəyi yağı faydaları ilə tanınan və oxşar istehsal mərhələlərinə malik başqa bir əlavə məhsuldur. Bitki mənşəli yağ və toz məmulatların mərhələlərində istifadə edilən xüsusi üsullar və əlavə kimyəvi maddələr nəzərə alınarsa, yalnız təcrübəli və etibarlı markalardan alınmasının vacibliyi anlaşıla bilər.Tozdan istifadənin ən ümumi məqsədlərindən biri tərkibindəki güclü antioksidant miqdarının təmin etdiyi yaşlanma əleyhinə xüsusiyyətlərdən faydalanmaqdır. 

Üzüm toxumu ekstraktı ilə bağlı bəzi araşdırmalar; Nüvədə tapılan və qısaldılmış PCC1 olaraq adlandırılan prosiyanidin C1 adlı maddənin qocalmağa və müxtəlif yaşa bağlı sağlamlıq problemlərinə səbəb olan hüceyrələri hədəfə alaraq onları yox edə biləcəyini göstərib. Xammal eyni olduğu üçün üzüm tozundan da oxşar təsirlərin alına biləcəyi düşünülür.

Mənbə: medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et