Bu gün:

Hansı qidalar arıqlamağa kömək edir?


Arıqlamaq həm sağlam bədənə sahib olmaq, həm də ideal çəkiyə çatmaq üçün balanslaşdırılmış qidalanma və düzgün qida seçimi ilə mümkündür.Təbii və qidalı qidalarla hazırlanan pəhriz proqramı arıqlamağı sürətləndirə və həmçinin ümumi sağlamlığı yaxşılaşdıra bilər.

Arıqlamağınıza kömək edən qidalar, ümumiyyətlə, aşağı kalorili, liflə zəngindir və toxluq hissi verir. Bu tərəvəzlər mədəni doldurur, uzun müddət toxluq hissi verir və kalorisi az olduğu üçün kökəlməyə səbəb olmur. Bundan əlavə, vitamin və minerallarla zəngin olan bu tərəvəzlər maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını dəstəkləyir. 

Yumurta tərkibindəki yüksək protein sayəsində uzun müddət toxluq hissi yaradır. Xüsusilə səhər yeməyində qəbul edilən yumurta gün ərzində aclıq hissini azaldır və lazımsız qəlyanaltı qəbulunun qarşısını alır. 

Tərkibindəki probiotiklər sayəsində, qatıq həzm sistemini tənzimləyir və bağırsaq florasını dəstəkləyir. Xüsusilə adi qatıq yüksək protein tərkibi və aşağı kalorili quruluşu sayəsində arıqlama prosesini sürətləndirir. Qatığın müntəzəm istifadəsi, xüsusilə qarın bölgəsində yağ itkisini artıraraq arıqlamağa kömək edə bilər.

Somon, sardina və ton balığı kimi yağlı balıqlar maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edən omeqa-3 yağ turşuları ilə zəngindir. Balıq həm də keyfiyyətli protein mənbəyidir və toxluq hissini artırır. Həftədə ən az 2-3 dəfə balıq yemək arıqlama prosesini dəstəkləyir. 

Yulaf, qəhvəyi düyü və tam buğda çörəyi kimi bütün taxıllarda həzmi yavaşlatan kompleks karbohidratlar var. Bu qan şəkərini balanslaşdıraraq aclıq hissini yatırır və enerji səviyyəsini uzun müddət qoruyur. Bu liflə zəngin qidalar mədəni doldurur və artıq kalori qəbulunun qarşısını alır.

Mənbə: medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et