
Bir çoxumuz, xüsusən də uşaqlar şirniyyatları sevir, bir çoxumuz isə bu hazır konfetlərin yerinə daha sağlam olduğunu düşündüyümüz bala üstünlük veririk.
Körpələrin bal yeyə bilməməsinin əsas səbəbi onların hələ inkişaf etməkdə olan mikrobiomları, yəni bədənlərində yaşayan mikroorqanizmlərdir. Bir yaşından kiçik körpələrin bağırsaqlarında olan sağlam bakteriyalar, bəzi zərərli bakteriyaların bədəndə çoxalmasının qarşısını almaq üçün hələ kifayət qədər inkişaf etməmişdir. Bu o deməkdir ki, onların immun sistemləri xaricdən gələn zərərli bakteriyalara hücum etmək və onları zərərsizləşdirmək üçün kifayət qədər güclü deyil.
"Clostridium botulinum" anaerob tənəffüs istehsal edən, tez-tez balda olan və potensial zəhərli olan bir bakteriya növüdür. Bu bakteriya 12 aydan kiçik körpə tərəfindən qəbul edildikdə, körpənin həzm sistemində çoxalaraq zərərli botulinum toksini əmələ gətirir. Bu toksin həm də uşaq botulizminə səbəb olur. Bədənə daxil olan toksin, sinir hüceyrələrinin bədəndə əlaqə saxlamasını təmin edən asetilkolini sıxışdırır və onu fəaliyyətsiz edir. Bu, əzələlərin yığıla bilməməsinə, yəni zəifləməsinə səbəb olur.
Əzələləri yaxşı idarə edə bilməyən körpələr nəfəs almaqda və udmaqda çətinlik çəkə bilər. Buna görə də ölümcül ola bilər.
Mənbə: Bilimup
Tərcümə etdi: Nuray Mürsəlova
