Bu gün:

Hansı qidalar arıqlamağa kömək edir?



Arıqlamaq həm sağlam bədənə sahib olmaq, həm də ideal çəkiyə çatmaq üçün balanslaşdırılmış qidalanma və düzgün qida seçimi ilə mümkündür. Təbii və lazımı qidalarla hazırlanan pəhriz proqramı arıqlamağı sürətləndirə və ümumi sağlamlığı yaxşılaşdıra bilər. Arıqlamağınıza kömək edən qidalar ümumiyyətlə aşağı kalorili, liflə zəngindir və toxluq hissi verir.

Tərəvəzlər:

İspanaq, kələm və,s kimi yaşıl yarpaqlı tərəvəzlərin kalorisi azdır və yüksək miqdarda lif ehtiva edir. Bu tərəvəzlər mədəni doldurur, uzun müddət toxluq hissi verir və kalorisi az olduğu üçün kökəlməyə səbəb olmur. Bundan əlavə, vitamin və minerallarla zəngin olan bu tərəvəzlər maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını dəstəkləyir.

Qatıq

Tərkibindəki probiotiklər sayəsində qatıq həzm sistemini tənzimləyir və bağırsaq florasını dəstəkləyir. Xüsusilə, adi qatıq yüksək protein tərkibi və aşağı kalorili quruluşu sayəsində arıqlama prosesini sürətləndirir.

Qatıqdan müntəzəm istifadə yağ itkisini artıraraq, xüsusilə qarın nahiyəsində arıqlamağa kömək edə bilər.

Balıq

Somon, sardina və ton balığı kimi yağlı balıqlar maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edən omeqa-3 yağ turşuları ilə zəngindir. Balıq həm də keyfiyyətli protein mənbəyidir və toxluq hissini artırır. Həftədə ən az 2-3 dəfə balıq yemək arıqlama prosesini dəstəkləyir.

Yumurta

Yumurta tərkibindəki yüksək protein sayəsində uzun müddət toxluq hissi yaradır. Xüsusilə, səhər yeməyində istifadə edilən yumurta gün ərzində aclıq hissini azaldır və lazımsız qəlyanaltı istifadəsinin qarşısını alır.

Bundan əlavə, yumurtanın kalorisi az olsa da, qidalıdır və orqanizm üçün zəruri olan vacib amin turşularını təmin edir.

Bu qidalar maddələr mübadiləsini sürətləndirir və eyni zamanda toxluq hissi verərək lazımsız kalori qəbulunun qarşısını alır. Bu qidaların sağlam qidalanma və müntəzəm idmanla birlikdə istifadəsi arıqlama prosesini daha təsirli və davamlı edir. Xatırlamaq lazım olan ən vacib məqam arıqlamaq üçün pəhrizin balanslı və qidalı olmasıdır.

Mənbə: Medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et