24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi fizioterapevt Könül Həsənovadır. O, onurğa sağlamlığı haqqında danışıb.

Gün ərzində saatlarla mobil telefonlarla, planşetlərlə vaxt keçiririk. Bu zaman bel, boyun ağrıları yaranır. Belə olan halda onurğa sağlamlığını qorumaq üçün nələrə diqqət edilməlidir?
– Gün ərzində mobil telefonlarla, planşetlərlə, kompüterlərlə çox vaxt keçirən insanların gələcəkdə onurğalarında deformasiyaların yaranması qaçınılmazdır. Çünki onurğa sütunu, dayaq sistemi bir-birinə bağlıdır. Və artıq orada qamət pozğunluğu başlayırsa, bütün onurğa sütununda deformasiya baş verir. Hansı ki, bunlar da onurğa beyni, sinir sistemi keçməməzliyi, əzələ-sinir keçməməzliyi, qan dövranı pozğunluğu kimi fəsadlarla özünü göstərmiş olur. Əsasən azyaşlı uşaqlar diqqət etməlidirlər.
Əgər azyaşlı uşaqlar mobil vasitələrdən çox istifadə edirlərsə, valideynlərinin nəzarəti altında olmalıdırlar. Telefona fasilələrlə yaxud bəlli bir vaxt ərzində baxmalıdırlar. Böyüklər isə kompüter, telefonda vaxt keçirərkən özləri müəyyən vaxt çərçivəsi müəyyən etməlidirlər. Başa düşməlidirlər ki, bu zərərlidir və onurğada gələcəkdə böyük fəsadlar yarana bilər.
Türkanə Meşədiyeva
