Bu gün:

Gecə smartfonların istifadəsi korluğa səbəb ola bilər


Etibarlı bir tibb jurnalında dərc edilən "hadisə" bölməsində, müvəqqəti görmə itkisi ilə Londonda bir xəstəxanaya müraciət edən iki xəstənin simptomlarının qaranlıq otaqda çarpayılarında uzanması və yatmazdan əvvəl smartfonlardan istifadə etməsinin səbəb olduğu bildirilir.


İlk hadisə aylardır gecələr sağ gözündə müvəqqəti görmə itkisi yaşayan 22 yaşlı qadınla bağlı olub. Xəstənin göz və ürək-damar sistemi müayinəsində heç bir problem aşkar edilə bilməz.

İkinci hal 6 aydır səhər yuxudan duranda 15 dəqiqəyə qədər davam edə bilən müvəqqəti görmə itkisi yaşayan 40 yaşlı qadına aiddir. Bu xəstədə damar anomaliyaları üçün testlər normal olub.

Bu xəstələrin qiymətləndirilməsi zamanı ətraflı tarix alan həkimlər davamlı smartfon istifadəsindən sonra simptomların inkişaf etdiyini başa düşürlər.

Baş verən müvəqqəti korluq həmişə telefonun ekranına uzun müddət baxdıqdan sonra və xəstənin yatdığı tərəflə üzbəüz gözdə meydana gəlir.

Daha sonra həkimlər fərz edirlər ki, simptomlar yastıqla örtülmüş və nəticədə qaranlığa uyğunlaşan gözdəki fotopiqmentlərin müxtəlif səviyyələrdə piqmentasiyası və telefonun ekranına baxan və işığa uyğunlaşan gözün səbəb ola bilər. 

Bu uyğunlaşma fərqinə görə, telefon söndürüldükdə, yəni hər iki göz qaranlıqda olduqda, işığa "öyrəşən " gözün qaranlığa uyğunlaşması üçün keçən müddətdə bu göz kor olaraq qəbul edilir.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et