Dünyanın ilk mRNT ağciyər xərçənginə qarşı peyvəndi Türkiyə də daxil olmaqla 7 ölkədə xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb. Mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını "təməlqoyma" kimi xarakterizə edirlər.

Ağciyər xərçəngi dünyada ən çox yayılan xərçəngdir və hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur. Bu xəstəlik ölüm səbəbi kimi tanınır. Xüsusilə, şişlərin yayıldığı inkişaf etmiş mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır. İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürmək və onların geri qayıtmasının qarşısını almaq üçün göstəriş verən yeni peyvəndi sınaqdan keçirirlər. BNT116 və kimi tanınır BioNTech tərəfindən istehsal olunan bu peyvənd ağciyər xərçənginin ən çox yayılan növü olan kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.Türkiyə də daxil olmaqla 7 ölkədə araşdırmalara başlanılıb.F aza 1 klinik sınaq insanlarda BNT116-nın ilk tədqiqatıdır və Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa,İspaniya,Türkiyə daxil olmaqla 7 ölkədə 34 tədqiqat mərkəzdən başladı.Ümumilikdə, cərrahiyyə və ya radioterapiyaya qədər erkən mərhələdən inkişaf etmiş xəstəlik və ya təkrarlanan xərçəng hallarına qədər təxminən 130 xəstə bu sınaqda iştirak edəcək. Peyvənd, COVID-19 peyvəndlərinə bənzər mRNA (messencer RNT) istifadə edir və NSCLC-dən immun sisteminə şiş markerlərini təqdim edərək, bədəni bu markerləri ifadə edən xərçəng hüceyrələri ilə mübarizə aparmağa hazırlayır.Bu üsul, kimyaterapiyadan fərqli olaraq daha təhlükəsiz müalicə prosesi təklif edən sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
