Bioloji yaşlanma hüceyrələrinizin, toxumalarınızın və orqanlarınızın funksiyalarının tədricən azalmasıdır və xroniki xəstəlik riskinin artmasına səbəb olur.

Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalar müəyyən etmişdir ki, valideynini, partnyorunu, bacısını və ya uşağını itirmiş insanlar bu cür itkiləri yaşamamış insanlara nisbətən daha böyük bioloji yaş əlamətləri göstərirlər.
İki və ya daha çox itki ilə üzləşmiş insanların sağlamlıqlarına daha çox təsir göstərdiyi göstərilmişdir.
Bu təsirlərə çox vaxt psixi sağlamlıq problemləri, idrak problemləri, ürək xəstəliyi riskinin artması və vaxtından əvvəl ölüm daxildir.
Təkrarlanan itkilər ürək xəstəliyi, ölüm və demans riskini artıra bilər. Effektlər davam edə və ya hadisədən uzun müddət sonra görünə bilər.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
