Bu gün:

"Qərbi Nil" virusu nədir?


Səhiyyə Nazirliyi Türkiyədə 2010-cu ildən bəri müşahidə edilən Qərbi Nil virusu infeksiyasının bu il 6 nəfərdə aşkar edildiyini, xəstələrin nəzarət və müalicəsinin davam etdiyini açıqlayıb.

Nazirliyin sosial media hesabla bağlı edilən açıqlamada Qərbi Nil virusu infeksiyasının virus daşıyan ağcaqanadların dişləməsi ilə ötürülən viral xəstəlik olduğu bildirilib. Açıqlamada sözügedən xəstəliyin mövsümi olaraq, ümumiyyətlə yay və payızın əvvəlində müşahidə edildiyi və bunlara yer verildiyi ifadə edildi:

"Xəstəlik birbaşa insandan insana keçmir. 2010-cu ildən ölkəmizdə müşahidə olunan Qərbi Nil virusu infeksiyası 2024-cü ildə 6 nəfərdə aşkarlanıb. Xəstələrimizin nəzarət və müalicəsi davam edir. Lazımi araşdırmalar aparılır. Nazirliyimiz tərəfindən proses həssaslıqla izlənilir".


Mənbə: TRT haber

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et