Bu gün:

Əriyən buzlaqlarda yeni arxeoloji əsərlər tapılıb


Arxeoloqlar Norveçin Lendbreen bölgəsində buz parçaları üzərində apardıqları işlər zamanı bir çox yeni kəşflər ediblər.

Qar yığınları və buz parçaları uzun müddət üzvi qalıqları saxlaya bilər, çünki soyuq temperaturlar kimyəvi və bioloji prosesləri əhəmiyyətli dərəcədə yavaşlatır və temperaturlar donma həddinə çatdıqda parçalanma faktiki olaraq dayanır.

Arxeoloqlar Norveçin Innlandet və Vestland bölgələrindəki Breheimen Milli Parkında daha geniş tədqiqatın bir hissəsi kimi Lendbreen sahəsini araşdırırlar.

Lendbreen, Roma dövründən orta əsrlərin sonlarına qədər mühüm ticarət yolu kimi xidmət edən bir buzlaq və dağ keçididir. İqlim dəyişikliyi səbəbindən buzlaq geri çəkildikcə, Norveçin yüksək dağlıq bölgələrində insan fəaliyyətinin tarixinə dair yeni anlayışlar təmin edən bir sıra artefaktlar ortaya çıxıb.

Aparılan araşdırmalar nəticəsində qulp və dəmir ucu qorunub saxlanılan 1300 illik ox aşkar edilib. Çatışmayan tək parça ox ucluğudur, lakin mildə zəif bir işarə hələ də görünə bilər.

Tədqiqatçılar bu yaxınlarda Dəmir dövrü və Orta əsrlər dövründə Lendbreen keçidindən keçən yük atlarından birinə aid olan at köpək dişini, həmçinin Vikinq dövrü və ya Orta əsrlər dövründən qorunub saxlanılan toxuculuq parçası tapıblar.

2024-cü ilin avqustunda başqa bir araşdırma yerində komanda maral ovlamaq üçün istifadə edilən qorxunc çubuqlar Jotunheimen dağlarında Vikinq dövrünə aid ox ucu aşkar edib.

Mənbə: aktualarkeoloji

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et