Bu gün:

Qurbangah daşının sirri


Stonehengedəki qurbangah daşının Şotlandiyadan gəldiyi aşkar edildikdən bir neçə həftə sonra tədqiqatçılar başqa bir təəccüblü kəşf daha ediblər.

Stonehenge-nin qurbangah daşının mənşəyinin abidədən düşünüldüyündən yüzlərlə kilometr uzaqda olmasının şok edici təsirindən cəmi bir neçə həftə keçib. İndi başqa bir araşdırma, daşın mənşə nöqtəsi üçün ən çox ehtimal olunan yeri qəti şəkildə istisna edərək, bu işi daha da çətinləşdirib.

Bu kəşf sübut edib ki, daşın uzun müddət inanıldığı kimi Uelsdən deyil, Orkney və Şetland adalarını və materik Şotlandiyanın şimal-şərqindəki sahil xəttini əhatə edən qumdaşı yataqlarından gəlir. Bu tapıntı tədqiqatda iştirak edən elm adamlarından biri tərəfindən "ağzı açıq buraxan" bir kəşf kimi təsvir edilib.

Bir çox ekspertlər Orkneyi qurbangah daşının ən çox ehtimal olunan mənşə yeri olduğunu düşünürlər, çünki bu adalar neolit mədəniyyəti ilə zəngindir və abidə tikilməsində köklü ənənələrə malikdir.

Ancaq indi ayrıca bir akademik araşdırma Orkney-nin əslində qurbangah daşının mənbəyi olmadığını ortaya qoyub, yəni daşın mənşəyi üçün maraqlı axtarış davam edir.

Keçən ay Avstraliyanın rəhbərlik etdiyi tədqiqatdan asılı olmayaraq həyata keçirilən yeni araşdırma, Orkneyin iki əsas daş dairəsindən - Stenness Stones və Brodgar Circle-dan, eləcə də adalardakı qaya yataqlarından götürülən nümunələrin kimyəvi və mineraloji tərkibini araşdırıb.

Bevins, təxminən eramızdan əvvəl 3000-ci illərdə Orkney və Stounhenge arasında uzun məsafəli ünsiyyətə dair geniş dəlillərin olduğunu, texnologiya və mədəniyyətdəki bəzi mühüm yeniliklərin bu arxipelaqda meydana gəldiyinə inanıldığını qeyd edir.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et