Yeni il gecəsini ilk qeyd edən ölkələr Kiribati kimi tanınan Samoa və Milad adasıdır. Beyker adası, Hovard adası və ABŞ-ın digər adaları keçən il yeni ili qeyd ediblər.
Ölkələrin yeni ili qeyd etmə sırası Beynəlxalq Tarix Xətti ilə müəyyən edilir. Beynəlxalq Tarix Xətti 180 dərəcə uzunluğundadır və Baş Meridiandan dünyanın əks tərəfində yerləşir. Beynəlxalq Tarix Xətti cari günü əvvəlki gündən ayırır. Beynəlxalq Tarix Xəttinin qərbindəki ölkələr Beynəlxalq Tarix Xəttinin şərqindəki ölkələrin arxasındadır.
Dünyada yeni ilin başlama tarixləri
Dünyada 39 fərqli saat qurşağı istifadə olunur. Birinci ölkədən digər ölkəyə qədər bütün ölkələrin yeni il çalması üçün cəmi 26 saat vaxt lazımdır. Beynəlxalq Tarix Xəttinə yaxınlığına görə, Samoa və Kiribati adaları dünyada yeni ili qarşılayan ilk yerlərdir. Bu adalarda Kiritimati, Salelologa və Apia şəhərləri dünyada Yeni ili qeyd edən ilk şəhərlərdir. Bayram Rusiyanın bəzi yerlərində qeyd olunur, ondan sonra Qərbi Avstraliya istisna olmaqla bir neçə mərhələdə Avstraliya, ardınca Yaponiya, Cənubi Koreya və digər dörd ölkədə qeyd olunur. Şimali Koreya yeni ili qarşılamaq üçün növbəti yerdir, ondan sonra Cənub-Şərqi Asiyanın bir çox ölkəsi gəlir. Yeni ilin başlanğıcını qeyd edən ölkələr sırasını Nepal, Hindistan və Pakistan izləyir. Əfqanıstan, Azərbaycan, İran və digər səkkiz ölkə bu addımı izləyir.
Rusiya və digər 22 ölkə yeni ilə Samoa və Kiribatidən 11 saat sonra başlayır. Yunanıstan və daha 31 ölkə yeni ilə Samoadan 12 saat sonra başlayır. İlk 24 saat ərzində Yeni ili qeyd edən digər ölkələr Argentina, Braziliya, Nyufaundlend, Kanada və Cənubi Amerika ölkələri də daxil olmaqla 29 digər ölkədir. Gecə yarısı ilə ertəsi gün saat 4:00 arasında ABŞ-ın əksəriyyəti yeni ili qeyd edir. Fransız Polinezyası, Amerika Samoası və ABŞ-ın çoxsaylı adaları dünyada yeni ilə başlayan son yerlərdir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva