Bu gün:

Dünyanın ən genişmiqyaslı Yeni il şənliyi harada keçirilir?


2014-cü ildən etibarən dünyanın ən böyük Yeni il şənliyi Braziliyanın Rio de Janeyro şəhərində keçirilir. Yeni il ərəfəsində 2 milyona yaxın sakin Kopakabana çimərliyinə toplaşaraq qeyd edir.

Riodakı nəhəng partiyanın adı Reveillondur. Ənənəvi olaraq, iştirakçılar tamamilə ağ geyinirlər. Bu bayram bəzi afro-amerikan icmalarında okeanın təmsilçisi kimi tanınan tanrıça İemanjanın şərəfinədir.

Travel Channel-ın məlumatına görə, Reveillonda qara paltar geyinmək tövsiyə edilmir, çünki bu, tabu sayılır. İştirakçılar sağlamlıq, romantika və firavanlığı simvolizə etmək üçün ağ paltarlarının üzərinə yaşıl, qırmızı, sarı və qızılı rəngli paltar geyinirlər.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva



Paylaş
Şərh əlavə et