
Ürək və Daxili Xəstəliklər professoru Canan Karatay tələbələrin valideynlərinə diqqət çəkən bir xəbərdarlıq edib. Şagirdin dərslərdə uğur qazanması üçün nahar qutularında olan qida maddələrinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan mütəxəssis məktəb yeməkxanalarında uşaqların sağlamlığına təhlükə yaradan hallara da toxunub.
Məktəblərdə uşaqların sağlamlığına mənfi təsir göstərən amillərə toxunan ekspert istifadə edilən ağardıcı və yuyucu vasitələrin immun sistemini məhv etdiyini bildirdi.
Açıqlamasında "Uşaqlar məktəbdə bu yuyucu vasitələrin qoxusunu nəfəs alır" deyən Prof. Dr. Canan Karatay, "Uşaqlar üçün qidalanma evdən hazırlanmalıdır. Məktəb yeməkxanaları çox təhlükəli və zərərlidir. Toksinlərlə, işlənmiş qidalarla doludur" dedi.
Sağlam zehin üçün naharda olması lazım olan şeylər.
Yumurtanın sağlamlıq üçün son dərəcə faydalı qida olduğunu deyən mütəxəssis onun tələbələrin nahar yeməyinə daxil edilməsinin vacibliyini vurğulayıb.
"Yumurta mütləqdir. Tərkibində çoxlu vitaminlər var. Bunlara bir-iki zeytun və süd də əlavə etmək olar".
Mütəxəssis süd konservlərini tövsiyə etmədiyini vurğulamaqla yanaşı, şəkərli və hazır qidalardan, xüsusilə qazlı içkilərdən uzaq durmaq lazım olduğunu da bildirib.
Canan Karatay açıqlamasında "Qan əmələ gətirən qoz-fındıq çox əhəmiyyətlidir. Bunlara quru ərik, fındıq, fıstıq, göyərti də əlavə ola bilər. Bu qoz-fındıqları uşaqların zövqünə görə vermək olar", – deyə, mövzu ilə bağlı sözlərini belə tamamlayıb.
Mənbə: cnnturk
Tərcümə etdi: Nuray Mürsəlova
