İspaniyada bir adada mağarada tapılan süni əhəngdaşı körpünün əvvəlki təxminlərdən xeyli köhnə olduğu ortaya çıxıb. Tədqiqatçılar əhəngdaşı körpünü 2000-ci ildə materik İspaniyanın şərq sahillərində Aralıq dənizi adası olan Mayorkada su ilə dolu mağarada akvalanqla dalış zamanı kəşf ediblər. O dövrdə nəşr olunan araşdırmaya görə, böyük əhəngdaşı bloklarının üst-üstə yığılması ilə inşa edilən 7,6 metr uzunluğundakı körpünün təxminən 4400 il əvvəl tikildiyi müəyyən edilib.
Mayorka böyük bir ada olsa da, Aralıq dənizindəki sonuncu adalardan biri idi. Bunun əksinə olaraq, Kipr və Krit bölgənin ən qədim adaları hesab olunur və ən azı 9000 il əvvəl məskunlaşıblar.
Körpünün tikildiyi tarixi müəyyən etmək üçün tədqiqatçılar körpünün yuxarı hissəsindən keçən “fərqli, açıq rəngli zolaq”ı tədqiq ediblər. Rəng dəyişikliyi dəniz səviyyəsində dəyişiklikləri və suyun qalxması ilə körpüdə kalsit qabıqlarının inkişaf etdiyini göstərirdi.
Tədqiqatçılar Mayorkanın bölgədəki digər adalara nisbətən niyə gec məskunlaşdığını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu deyirlər, lakin bunun səbəbi adanın yaşaması üçün lazım olan resursların, məsələn, əkin sahələrinin olmaması ola biləcəyini düşünürlər.
Mənbə: arkeofili.com
Tərcümə etdi: Aydan İbrahimli
