Bəzi insanlar səhər tezdən oyanmağa və özlərini daha enerjili hiss etməyə üstünlük verirlər, bəziləri isə axşam və ya hətta gecə daha məhsuldar olurlar. 
Yuxu həyatın bütün sahələrinə və bədənin fəaliyyətinə böyük təsir göstərir. Kifayət qədər istirahət olmadan beyin daha pis işləyir, bu da sinir sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərir.
Yuxudan erkən oyananlar daha tez yorulmağa meyillidirlər, lakin səhərlər daha məhsuldar olurlar. Gec yatan insanlar nadir hallarda səhər yeməyi yeyirlər, bu da onları həddindən artıq yeməyə və tez-tez qəlyanaltılara meyilli edir. Bu, artıq çəki artımına və sağlamlıq problemlərinə səbəb ola bilər.
Bəzi araşdırmalar göstərir ki, gec yatan insanların döş və kolorektal xərçəngə tutulma riski daha yüksəkdir.
Bundan əlavə, elm adamları hesab edirlər ki, insanlar gec yatdıqlarına görə yuxusuz olurlar və bu, yaddaşa mənfi təsir göstərir. Bununla belə, gec yatanlar tez-tez erkən qalxanlarla müqayisədə daha aktiv ictimai həyat tərzi keçirirlər.
Mənbə: dove.com
Tərcümə etdi: Aytac Musayeva
