Bir meyvənin tərkibində insan orqanizmi üçün lazım olan 30-a qədər vitamin və 150 mikroelement ola bilər.
Alimlər hansı almaların daha faydalı olduğunu açıqlayıblar:
1. Müntəzəm olaraq alma qəbulu bağırsaqların fəaliyyətini normallaşdırır və maddələr mübadiləsini sürətləndirir.
2. Pis xolesterinlə mübarizə aparmağa kömək edir.
3. Alma pəhrizi sağlam arıqlamağa kömək edir.
4. Alma onkoloji və şəkərli diabet kimi xroniki və müalicəsi çətin olan xəstəliklərin inkişaf riskini azaldır.
Bəs, hansı almalar daha faydalıdır?
Qırmızı almanın sağlamlıq üçün daha faydalı olduğuna inanılır.
Onların tərkibində ürək-damar, bağırsaq və dəri sağlamlığı üçün faydalı olan yaşıl meyvələrdən daha çox antosiyanin var.
Mənbə: haberturk.com
Tərcümə etdi: Aytac Musayeva
