Bu gün:

Qədimdə evləri necə sərin saxlayırdılar?


Qədim sivilizasiyalar minlərlə il ərzində insanları isti, quru iqlimdə daha rahat yerləşdirməyin əsas üsullarını bilirdilər.

Zuniqa-Teran deyib: "Qlobal temperatur yüksəldikcə 2023 və 2024-cü illərdəki kimi təhlükəli isti yayların getdikcə daha çox yayılacağını və şiddətli fırtınaların daha çox elektrik kəsilməsinə səbəb ola biləcəyini göstərən araşdırmalar var. Daha isti gələcəyə hazırlaşmaq üçün bu günün dizaynerləri keçmişdən dərs ala bilərlər".

Şumerlər: Birlikdə sərin qalmaq

Təxminən 6000 il əvvəl şumerlər indiki İraqın cənubunda isti və quru iqlimdə yaşayırdılar. Hətta o vaxtlar istiliyi idarə etmək üçün texnikalar hazırlamışdılar. 

Mesopotamiya şəhərlərinin xarabalıqlarını tədqiq edən arxeoloqlar Şumer tikililərini istilik təsirini minimuma endirmək və daxili temperaturu sərin saxlamaq üçün qalın divarlar və kiçik pəncərələrdən istifadə etdiklərini müəyyən ediblər. Onlar həmçinin binalarını yan-yana tikərək günəş radiasiyasına məruz qalan divarların sayını azaldıblar. Kiçik həyətlər işıqlandırma və havalandırma ilə təmin edilmişdir. Dar küçələr gün ərzində kölgə salır və piyadaların şəhər ətrafında sərbəst hərəkət etməsinə şərait yaradırdı.

Misirlilər: Küləyi idarə etmək

Qədim misirlilər də istiliyi saxlaya bilən materiallardan istifadə ediblər. Saraylar daşdan, yaşayış binaları isə çiy kərpicdən tikilib. Bir çox insanlar binalarında istilikdən qaçmaq üçün bir adətə sahib idilər: Onlar gecələr daha sərin olan dam terraslarını yataq otağı kimi istifadə edirdilər.

Binaları sərinləşdirmək üçün misirlilər külək istiqamətinə baxan yüksək divar boşluqlarından ibarət olan “mülkaf” kimi tanınan unikal texnologiya hazırlamışdılar. Bu açılışlar küləyi tutan və onu aşağıya yönəldən çömçələr kimi fəaliyyət göstərir və binanın soyumasına kömək edir. Daxil olan külək, istiliyin digər açılışlar vasitəsilə xaricə evakuasiya edilməsinə kömək edən bir hava dövranı yaradır.

Qədim Pueblo xalqları: Günəşlə işləmək

Digər qitələrdə və dövrlərdəki sivilizasiyalar da oxşar strategiyalar hazırlamış və isti, quru iqlimlərdə yaşamaq üçün özünəməxsus həllər tapmışlar. Bugünkü ABŞ-ın cənub-qərbindəki Pueblo xalqı kiçik pəncərələrdən, kərpic və qaya kimi materiallardan istifadə edib. Həmçinin istilik nüfuzunu minimuma endirmək üçün ortaq divarları olan binalar dizayn ediblər.

Günəşin oriyentasiyasının vacibliyini də anlayırdılar. Qədim Pueblo xalqı cənuba baxan qayaların altında bütöv icmalar qurmuşdu. Bu oriyentasiya binaların yay aylarında kölgəli və sərin olmasını, qış aylarında isə günəş işığı ilə isinməsini təmin edirdi.

Müsəlman xilafətləri: Hər yağış damcısından istifadə etmək

Müasir su idarəetməsi də ümumiyyətlə quru iqlim üçün nəzərdə tutulmamışdır. Yağış fırtınalarından gələn suyun mümkün qədər tez şəhərdən çıxarılmasını təmin etmək üçün yağış suları infrastrukturu yaradılmışdır. Bununla belə, həmin şəhərlər insanlara və bağlara su çatdırmalı idi və bu su ehtiyatları bəzən uzaq yerlərdən gəlirdi.

Eramızın 8-ci əsrində Şimali Afrikanın və İspaniyanın cənubundakı quraq ərazilərdəki müsəlman xilafətləri yağış suyunu toplamaq üçün öz binalarını yağış suyu toplama texnikası ilə dizayn etmişdilər. Damdan su axını sisternlərə yönəldilib. Damın və həyət döşəməsinin mailliyi suyu elə istiqamətləndirirdi ki, ondan bitki örtüyü olan həyət mənzərələrini suvarmaq üçün istifadə olunsun.

Mayalar və Teotihuakalar: Sonradan istifadə üçün yağış sularının toplanması

Şəhər miqyasında insanlar quraqlıq mövsümündə sağ qalmaq üçün yağış sularını toplayıb saxladılar.

Qədim Teotihuacan şəhəri Xochikalko və müasir Meksika və Mərkəzi Amerikadakı bir çox Maya şəhərləri yağış sularını böyük sisternlərə yönəltmək üçün öz piramidalarından, meydanlarından və su yollarından istifadə edirdilər. Bitkilər tez-tez suyun təmizlənməsinə kömək etmək üçün istifadə olunurdu.


Mənbə: ntv.com

Tərcümə etdi: Aytac Musayeva 

 

Paylaş
Şərh əlavə et