İncəsənətin inciləri" rubrikası bu gün Jean-Honoré Fragonardın "Gizli Sevgi Məktubu” (1770) əsərindən bəhs edəcək.
Rokoko dövrünün ustası Fragonard sevgi mövzusunu çox incəliklə tədqiq edirdi. Bu əsərində bir gənc qadın, ehtiraslı bir sevgi məktubunu gizlicə oxuyur. O, əlində gül buketi tutur, bu da gənclik, məsumluq və təbiətin simvolu kimi işlədilib. Qadının mimikası və bədən dili, gizli bir sevginin zövqünü və həyəcanını göstərir. Bu əsər gizli sevgi və gizlənən hisslərə işarə edir. Fragonard sevginin cəmiyyətin gözündən kənarda qalan tərəfini göstərir, eyni zamanda sevgi məktubları vasitəsilə əlaqənin daha dərindən emosional təzahürünü ortaya qoyur. Qadının təcrid edilmiş duruşu və məktubu oxuyarkən üz ifadəsi duyğusal bağlılığın gücünü nümayiş etdirir.
Hazırladı: Gülay Qəribova