"İncəsənətin inciləri" rubrikası bu gün Jules Bastie Lepagenin “Sevənlər” (1875) adlı əsərindən bəhs edəcək.
Fransız rəssam Jules Bastien-Lepage, realizm cərəyanında işləyirdi və kənd həyatının təbii səhnələrini təsvir edirdi. “Sevənlər” adlı əsərində bir-birinə yaxın oturmuş iki gənc sevgilini təsvir edir. Onlar kənd mühitində, sakit bir anı paylaşırlar, əl-ələ veriblər və onlarda incə bir emosional bağlılıq hiss olunur.
Bu əsərdə sevgi daha sadə və gündəlik kontekstdə təqdim olunur. Rəssam insanın təbii hisslərini və məhəbbəti təbii şəkildə çatdırmağa çalışır. Sevginin fiziki və emosional yaxınlığı ifadə olunur, eyni zamanda, bu əlaqə sadəliyin və məsumluğun simvolu kimi görünür.
Hazırladı: Gülay Qəribova
