Xristian xaçı, Məsihin bəşəriyyət naminə bədənini qurban verməsini və günah, ölüm üzərində qələbəsini ifadə edir.
İsa Məsih xristian xaçı adlanan Latın xaçına bənzər bir quruluşda çarmıxa çəkilib. Onun strukturu düz bucaq yaratmaq üçün bir-birinə mismarlanmış iki ağac parçasından ibarətdir.
Roma Katolik kilsəsində xaç İsanın əzab çəkən bədəninin üçölçülü təsvirinə malikdir və çarmıx adlanır. Protestant kilsələri adətən boş xaç asırlar, çünki protestant təlimi Məsihin dirilməsini vurğulayır.
Yehovanın Şahidləri kimi bəzi xristianlar xaçların bütpərəst olduğuna inanır və onları xristianlığın simvolu kimi qınayırlar. İsa Məsihin "Son Zamanlar" kilsəsinin üzvləri öz dinlərinin ifadəsi kimi xristian xaçından istifadə etmirlər, ölməkdə olan Məsihə deyil, canlı Məsihə inanmağa üstünlük verirlər. Bununla belə, əksər xristian məzhəbləri kilsələrində xaç asırlar və bir çox xristianlar boyunlarında zinət əşyası kimi xaçdan istifadə edirlər.
Mənbə: 411answers
Tərcümə etdi: Aysel Qasımova