Bu gün:

Soyuq suyun faydaları nələrdir?


Soyuq suyun faydalarına oksigeni artırmaq və dərindən nəfəs almağı asanlaşdırmaq daxildir. Soyuq su ilə duş qəbul etmək əsrlərdir ki, bədənə canlılıq verir və stress səviyyəsini azaldır. Bu ilıq duşdan fərqli olduğu üçün ona xalq arasında “soyuq duş effekti” deyirlər.

 

Soyuq suyun saç, dəri və üz üçün də faydalı olduğu bilinir. Soyuq su ilə duş qəbul etmək bir çox insanlar üçün gündəlik rutinə çevrilib. Soyuq su içmək də maddələr mübadiləsini sürətləndirir. Maddələr mübadiləsi sürətlənəndə bədən kalori yandırır və bu, arıqlamağa kömək edir.

 

Soyuq suyun saçlara faydaları

 

Soyuq suyun saçlar üçün faydaları arasında dəridəki təbii yağları qorumaq, əlavə nəmlik təmin etmək, daha hamar bir görünüş vermək və saçlara sağlam parıltı vermək daxildir. İsti su məsamələri bağlamağa və baş dərisini daha uzun müddət təmiz saxlamağa kömək edir. Ancaq bu, baş dərisini kir və yağa qarşı daha az həssas edir.

 

Soyuq suyun saç üçün faydaları qan dövranını yaxşılaşdırdığı üçün sağlamlığa müsbət təsir etməsidir. Bu şəkildə saçlar daha sürətli uzanır, lakin soyuq su səbəbiylə saç həcmi azalır. Saçınızı daha çox soyuq su ilə yuyarsanız, artıq kir və yağın yığılması mümkün ola bilər. Bu səbəbdən saçlar daha kirli və yağlı ola bilər. Çox soyuq su faydadan daha çox mənfi təsirlərə səbəb ola bilər. Buna görə də, saçınızı ilıq su ilə yumaq məsləhətdir.

 

Mənbə:medicalpark 


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et