Bu gün:

Birinci sinifə getməyə hazırlaşan uşaqların psixoloji hazırlığı necə olmalıdır?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Vüsalə Əmiraslanovadır. O, birinci sinifə getməyə hazırlaşan uşaqların psixoloji hazırlığı haqqında danışıb


-Birinci sinifə getməyə hazırlaşan uşaqların  psixoloji hazırlığı necə olmalıdır?



Məktəblərin açılmasına az qalıb və uşaqlar yay tətilində daha çox istirahət ediblər. Ona görə də, onların dərsə adaptasiyasi çətin olur. Əlbəttə ki, baxçaya gedən uşaqlarda bu çətin olmur, çünki ilboyu bağçaya gedirlər. Orada artıq disiplin və müəyyən bir qaydalar olur ki, onları mənimsəyirlər. Amma evdə olan uşaqlar, heç bir müəllim ilə məşğul olmayan, baxçaya getməyən uşaqlarda birinci sinifə adaptasiya daha çətin olur. Psixoloji hazırlıq bu şəkildə olmalıdır ki, uşaqla bu haqda bütün ailə üzvləri danışmamalıdır. Sadəcə, ya ata, ya ana, baba, nənə bunlardan biri ümumi müzakirələr aparmalıdır. Əgər bütün yaxınlar, ailə üzvləri eyni vaxtda eyni şey haqqında danışırlarsa, uşağın məktəbə qarşı fobiyası yaranır və düşünür ki, bu nə qədər vacib bir məsələdir ki, bunu mənlə bu qədər insan müzakirə edir? Bəzən ərköyünlük edirlər və məktəbə  getmək istəmirlər. Əsasən də,  atanın, ananın, nənənin, babanın və.s yanında olan uşaqlar. Onlara izah olunmalıdır ki, sən məktəbə nə üçün gedirsən, məktəb bizə nə üçün lazımdır? Uşağın adaptasiyası üçün isə artıq yavaş-yavaş müəllimi ilə tanış etmək lazımdır və  müəllimi ilə tanış olandan sonra bir neçə vaxt məktəbə gedib getməlidir. Məktəbin mühitini öyrənməlidir, məktəb əşyalarını valideynləri ilə birlikdə almalıdır.  Bu şəkildə artıq məktəbə həm fiziki, həm də psixoloji olaraq adaptasiya olacaq.


Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et