İmposter sindromu insanın öz fəzilətlərini mənimsəyə bilməməsi və başqalarının onun fırıldaqçı olduğundan şübhələnəcəyindən qorxması deməkdir.
İxtisası nevrologiya olan psixoloq Mar Martinez Rikart bu sindromun insanın əsl şəxsiyyəti ortaya çıxdıqda meydana gəldiyini deyir. Madrid psixoloji dərnəyindən İzabel Aranda deyir: "Bu, insanın öz potensialını və nəyə nail ola biləcəyini görməməsinə və indiyə qədər əldə etdiklərinə baxmayaraq özünü dəyərsiz hiss etməsinə səbəb olur".
Bu sindromlu insanlar vəziyyəti "kompensasiya etmək" üçün özlərini həddən artıq işləməyə məcbur edirlər və sağlamlıqlarına mənfi təsir edən şeylərlə məşğul olurlar. Bu fenomen ilk dəfə 1978-ci ildə psixoloqlar Pauline Rose Clance və Suzanne Imes tərəfindən təsvir edilib və adlandırılıb. Bu sindrom patoloji və ya psixi fenomen deyil, uşaqlıqdan davam edən davranış nümunəsidir və buna görə də mütəxəssislərin fikrincə, "dəyişən" bir vəziyyətdir. Aşkar görünsə də, hər hansı bir emosional vəziyyətin əsas problemi özümüzlə əlaqə qurmaq və yaşadıqlarımızı düşünmək üçün kifayət qədər vaxt verməməyimizdir.
Mənbə: BBC news türkçe
Tərcümə etdi: Aynur Mikayılova