Qlükoza beynin fəaliyyətində mühüm rol oynayır, çünki qidadan gələn enerji birbaşa beyinə gedir. Bundan əlavə, sevdiyiniz şeyləri yediyiniz zaman beynin mükafat sahəsi sizə həzz verən dopamin adlı kimyəvi maddə ifraz edir.
Təbii ki, beynin mükafat sahələrini sevindirəcək şeylər yeyərkən bağırsaqlarınızı sağlam saxlayacaq qidalar yeməlisiniz. Məşq sinir qovşaqlarının sayını artırır, beləliklə beyində daha çox təmas nöqtələri yaradır və yeni hüceyrələrin əmələ gəlməsinə töhfə verir. Bundan əlavə, yaxşı ürək-damar sağlamlığı, daha çox oksigenin beyninizə çatması və zərərli toksinlərin daha sürətli atılması deməkdir. Yeri gəlmişkən, açıq havada idman etmək daha faydalıdır, çünki bu yolla siz də D vitamini əldə etmiş olursunuz. Hərəkətdə olarkən bir mətni əzbərləməyə çalışsanız, bu məlumatlar beyninizdə çox daha qalıcı ola bilər. Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxdıqda, demək olar ki, bütün beyninin aktiv olduğunu görürsən. Stress də kortizol hormonunun ifrazını tetikler. Kortizol çox olmamaq şərti ilə bizə enerji verir və diqqətimizi cəmləməyə kömək edir. Ancaq uzun müddət davam edən narahatlıq və yüksək stress beyinə zəhərli təsir göstərir. Ona görə də vaxtaşırı açarı söndürmək və beynin bu hissəsinə, belə demək mümkünsə, istirahət vermək çox vacibdir. Beyninizi yeni şeylər etməyə və ya öyrənməyə istiqamətləndirərək inkişaf etdirə bilərsiniz. İncəsənət kursuna yazılmaq və ya yeni dil öyrənmək beyninizin çevikliyini artıracaq.
Mənbə: BBC news türkçe
Tərcümə etdi: Aynur Mikayılova