Uşaq İnkişafı Mütəxəssisi və Ailə Məsləhətçisi Ömür Çiftçi məktəblərin açılmasına az qalmış valideynlərə xəbərdarlıq etdi. Valideynlərin rəftarlarının uşaqlarda davranış pozğunluqlarına səbəb olduğunu ifadə edən Çiftçi: "Bu prosesdə uşaqlarımızla birlikdə məktəbə getməli, məktəbi uşağa izah etməliyik. Səni məktəbdən götürəcəm, evdə olacam” deyərək uşaqlarımıza bu inamı aşılamalıyıq”-, deyə o bildirib. Artıq məktəblərin açılmasının və milyonlarla şagird üçün birinci sinif zənginin çalınmasının vaxtıdır. Uşaq İnkişafı Mütəxəssisi və Ailə Məsləhətçisi Ömür Çiftçi məktəbə başlayan uşaqlarda meydana gələ biləcək davranış pozğunluqlarına diqqət çəkərək valideynlərə məsləhətlər verib. Uşaqların yeni dövrə keçdiyini ifadə edən Çiftçi bildirib: “Uşaqlarımız məktəbdən əvvəl və sonra həm həyəcanlı, həm də narahat ola bilər. Onların həyəcanını və narahatlığını idarə etmək böyük əhəmiyyət kəsb edir. Məktəblərdə təxminən bir həftəlik oriyentasiya dövrü var. Bu proses zamanı biz uşaqlarımızla birlikdə məktəbə getməli, uşağa məktəbin nə olduğunu, məktəbdə nələr edildiyini izah etməliyik".
Mənbə: CNN türk
Tərcümə etdi: Nərgiz Orucova