Bu gün:

Dəri soyulması


Dəri soyulması, dərinin buynuz qatının davamlı olaraq özü özlüyündən soyulması şəklində bir xəstəlikdir. 

Dəri soyulması uşaqlarda əhəmiyyət dərəcəsi geniş ölçüdə dəyişiklik göstərən bir çox problemlərin səbəbi ola biləcəyindən, vaxt keçirmədən diaqnoz qoyulması vacibdir. 

Dəri soyulmasının səbəbləri

Dəri soyulması; dərinizin epiderm təbəqəsinin ziyan görməsindən qaynaqlanır. Dəri soyulması, ümumiyyətlə, infeksiya və ya günəş yanığı kimi, dərinin birbaşa zərər görməsi halında meydana gəlir. Ancaq dəri soyulması eyni zamanda, immunitet sistemi pozuqluğunun və ya bir başqa xəstəliyin işarəsi də ola bilər. Qaşınma, quruluq və pozuntuya səbəb olan digər dəri problemləri isə dəri soyulmasıyla birlikdə görülə bilər.

Hansı problemlər üzündən meydana gələr?

1. Dəri qıcıqlandıqda və dərinin zərər görməsi

2. Günəş altında və ya quru havada qalma

3. İstiyə həddindən artıq məruz qalma, xüsusilə dəri “nəfəs” ala bilmədiyi zaman allergik reaksiyalar, infeksiyalar

Dəri soyulmasına səbəb ola biləcək Xəstəliklər

Ayaq göbələyi;

Sədəf xəstəliyi;

Bədən göbələyi;

Qırmızı seborik dermatit;

Kawasaki xəstəliyi. 

Diqqət yetirilməsi lazım olan vəziyyətlər

Dəri quruluğu və ya yüngül günəş yanığından ibarət olan dəri soyulmasının reseptə tabe olmayan kremlərlə yaxşılaşma ehtimalı var və ümumiyyətlə, tibbi müalicə də tələb etmir. Dəri soyulmasının səbəbi ilə bağlı hər hansı bir narahatlıq varsa və ya problem ciddidirsə həkimə getmək tövsiyə edilir.

Mənbə: milliyet.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et