Bu gün:

Niyə əsnəyirik?


Biz tez-tez əsnəməyi yuxu ilə əlaqələndiririk. Əsnəmək, həqiqətən, yuxu ilə bağlıdırmı? Əgər əlaqəli deyilsə, niyə əsnəyirik və əsnəməyin yoluxucu olması ilə bağlı şayiələr doğrudurmu? Gəlin birlikdə bunlara cavab tapaq.

Əsnəmə ilə bağlı ilk araşdırma 2500 il əvvəl yunan həkimi Hippokrat tərəfindən aparılıb və belə nəticəyə gəlib ki, əsnəmək bədəndəki pis havanı təmizləməyə kömək edir, xüsusilə, qızdırmalı xəstəlik zamanı. Bu baxış 19-cu əsrə qədər hakimliyini qoruyub saxlamışdır. Bu əsrdə alimlər hesab edirdilər ki, əsnəmək nəfəs almağa kömək edir, karbon qazını bədəndən çıxarır və daha çox oksigenin qana daxil olmasını təmin edir. Lakin alimlər tərəfindən bu fikrin doğru olmadığı və əsnəməyin qan və beyindəki oksigen səviyyəsinə təsir etdiyinə dair heç bir dəlil olmadığı təsdiqlənib. Son araşdırmalara görə; Əsnəməyin beyinə temperaturu tənzimləyən təsiri olduğu aşkarlanıb. Çənənin güclə açılması kəllə sümüyündə qan dövranı edərək artıq istiliyi paylayır və əsnəmə zamanı alınan dərin nəfəslə sinus boşluqlarına daxil olan hava beyni sərinləşdirir. Yatmadan əvvəl, oyandıqdan sonra və ya stress altında əsnəməyimizin səbəbi belə vaxtlarda beynimizdə temperaturun artmasıdır.

Mənbə: bilim up 


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et