Amerika qitəsində görülən bir virus olan Oropuche virusu ən son Braziliyada iki gənc qadının ölümünə səbəb oldu.

Tənbəl qızdırması kimi tanınan virusun ilk halları Avropada iyun və iyul aylarında müşahidə edilib. Bildirilib ki, bu aylarda İspaniya, İtaliya və Almaniyada müşahidə edilən 19 hadisə Kuba və Braziliyaya səyahət edənlər olub. İyulun sonunda Braziliyada ölkənin şimal-şərqində yerləşən Bahia əyalətindən iki gənc qadının Oropuche səbəbiylə öldüyü açıqlandı. İlk hallar 1955-ci ildə Karib dənizindəki Trinidad və Tobaqonun Vega de Oropuche kəndində qeydə alınıb.Virus da adını bu kənddən götürüb. Son altmış il ərzində tədqiqatçılar bu virusun səbəb olduğu xəstəliyin Braziliyada 500 mindən çox insanda baş verdiyini təxmin edirlər. Lakin bu rəqəm aşağı təxmin hesab olunur. Bu halların əksəriyyəti Oropuche'nin endemik hesab edildiyi Amazon bölgəsində baş verib. Virus yoluxmuş şəxsdən başqalarına həşərat dişləmələri ilə ötürülür. Dəri ilə təması və ya hava-damcı yolu ilə ötürülməsinə dair hələ heç bir sübut yoxdur. Bununla belə, Braziliya Səhiyyə Nazirliyinin dərc etdiyi hesabatda virusun hamilə qadınlardan onların körpələrinə keçə biləcəyinə dair sübutların olduğu bildirilib.Oropuche virusunun hamiləliklərə və doğmamış uşaqlara təsiri hələ də araşdırılır.
Mənbə: BBC news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
