
Karbohidratlar sağlam bir orqanizm üçün lazım olan əsas qida komponentlərini əhatə edir. "Karbohidratları ehtiva edən nələrdir?" sualın cavabı olduqca genişdir. Tərkibində karbohidrat olan qidaların istifadəsi daha faydalıdır. Təmiz qidaların qəbulu sağlam orqanizm üçün çox vacibdir.
Karbohidratlar makronutrient mənbəyi hesab olunur və orqanizm üçün lazım olan üç əsas qidadan biridir. Onların tərkibində karbon, hidrogen və oksigen var. Onlar əsas qida qaynağı olan tərəvəz, meyvə, taxıl və ət qrupu qidalarında olur. Bundan əlavə, karbohidratlar təbiətdə ən bol qida mənbəyidir. Bədənə sürətli enerji mənbəyi təmin etdiyi üçün çox miqdarda istifadə edilir. Bundan əlavə, bu qida mənbələri bədən üçün əsas enerji mənbəyidir. Bədənə qəbul edilən bu qidalar ilk növbədə fərdin enerji ehtiyacını ödəmək üçün istifadə olunur. Bu artıq qidalar enerji ehtiyacını ödədikdən sonra yağ molekullarına çevrilir və lazım olduqda istifadə edilmək üçün saxlanılır.
Karbohidratlar bədənin əsas fəaliyyəti üçün lazım olan enerjini təmin etməklə yanaşı, beynin öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan enerjini təmin edərək beynin işləməsini təmin edir. Eyni zamanda bədəndə şəkər mənbəyi kimi əzələlərdə qlükoza olaraq saxlanıla bilir ki, bu da orucluq dövrlərində mümkün əzələ kütləsi itkisinin qarşısının alınmasında çox əhəmiyyətlidir. Digər tərəfdən, bədənə əhəmiyyətli bir qida qaynağı olaraq qazandırılmağa çalışılan əzələ kütləsi meydana gəlməsinin də çox əhəmiyyətli bir qaynağıdır. Bu qaynaqlar bədəndə lif olaraq istifadə edilməklə həm də bədənin həzm sistemini tənzimləmə və həzm sistemini aktivləşdirərək həzm sağlamlığını qoruyan təsirə malikdir.
İnsanın enerjiyə ehtiyacı olan karbohidratların miqdarı boy, çəki, sağlamlıq vəziyyəti və yaş kimi amillərdən asılı olaraq dəyişir. Bütün bu dəyişənləri nəzərə alaraq, bir insanın gün ərzində istifadə etməli olduğu miqdar hesablanmalıdır.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
