
İngiltərənin Kornuoll şəhərindəki bir şəhərin sakinləri İngiltərədəki Royal Mail-dən gecikmiş poçta görə üzr istəyən məktub alıblar. Məktubda poçtalyonların qağayıların hücumuna görə bloklandığı bildirilib. Royal Mail, gecikmədən təsirlənən ərazidə yaşayanların ya quşların balalarını aqressiv şəkildə qorumağı dayandırmasını gözləyə və ya yeni bir ünvan təyin edə biləcəyini söylədi. Yerli sakin Naomi deyir ki, qağayılar hər il altı həftə qonşusunun evində yuva qurur. "Qonşumun indi damında yuvası var və hər il altı həftə çölə çıxmaq ölümcül olur. Böyük oğlum hər səhər universitetə gedəndə qağayıların hücumuna məruz qalır. Hər gün yanımdan keçən və ya əşyaları çatdıran insanların hücuma məruz qaldığını görürəm. “Bildiyiniz kimi, bölgədəki qağayılar balalarını qorumaq üçün çatdırılma işçilərinə hücum etdiyi üçün hazırda sizə və məhəlləyə təhlükəsiz çatdırılma aparmaqda çətinlik çəkirik.
Bu məktubun məqsədi, ilk növbədə, sizi qarşılaşdığımız problemlər barədə məlumatlandırmaq, həm də hər gün sizə çatdırmağa davam edəcəyimizə əmin etməkdir."Məktubda o da bildirilir ki, işçilərin təhlükəsizliyinə çox üstünlük verilir.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
