Heç bir problem olmasa belə uşaq psixiatrına müraciət edə bilərsiniz. Bəzən valideynlər uşaqları ilə bağlı nə edəcəyinə qərar vermək üçün uşaq və yeniyetmələrin psixi sağlamlıq mərkəzlərinə müraciət edə bilərlər.
Körpəlikdə yuxu və qidalanma ilə bağlı problemlər, həmçinin uşaqda müşahidə oluna bilən davranış pozğunluqları üçün bəzən uşaq psixiatrlarına müraciət etmək olar. 0-18 yaş arası uşaq və gənclərin psixi problemləri qiymətləndirilir, lazım gəldikdə ailələr, müəllimlər, məktəblər və müvafiq qurumlarla əməkdaşlıq edilir. 18 yaşdan yuxarı xəstələr 21 yaşa qədər izlənilir. Autizm səbəbi bilinməyən, uşağın sosial və ünsiyyət bacarıqlarının inkişafına mane olan və ya təsir edən, məhdud təkrarlanan davranışlar və məhdud maraq dairələri ilə özünü göstərən, dilin inkişafında ləngimələrə və problemlərə səbəb olan problemdir. Autizmin simptomları arasında sosial inkişaf problemləri, müxtəlif mühitlərdə davranışı nizamlaya bilməmək, təqlid əsasında öyrənmə, dostluq edə bilməmək, nitqdə gecikmə, səssiz danışmaq və ya qışqırmaq, deyilənləri eşitməmiş kimi göstərmək, zarafatları anlamaqda çətinlik çəkmək, mimikaları anlamamaq, öyrənməkdə çətinlik çəkmək, ayaq ucunda yerimək, təkrarlanan davranışlar, həmyaşıdları ilə oynamamaq, göz təması qurmamaq, həddən artıq sevinc və ya əsəbilik var. Autizmin müalicəsi xüsusi təlimlə mümkündür, lakin qəti müalicəsi yoxdur. Autizmli uşaqlar üçün xüsusi təhsil proqramları var və bu proqramların əsasını davranış və nitq terapiyası təşkil edir. Pedaqoji müalicələr autizmli uşağı sosiallaşdırmaq, diqqət çatışmazlığını azaltmaq, davranış problemlərini azaltmaq və dil inkişafını inkişaf etdirmək məqsədi daşıyır.
Mənbə: memorialcom.tr
Tərcümə etdi: Aynur Mikayılova