Bu gün:

"Aralıq dənizi" pəhriz modeli


Aralıq dənizi pəhrizi Aralıq dənizini əhatə edən ölkələrin ənənəvi mətbəxinə əsaslanan qidalanma modelidir.

Bu, çoxlu antioksidantla zəngin meyvələr, təzə tərəvəzlər, yüksək proteinli paxlalılar və qoz-fındıq, az yağlı ətlər və sağlam yağlardan ibarət dadlı və sağlam pəhrizdir. Aralıq dənizi pəhrizinin əsas komponentləri bunlardır:

Tərəvəz, meyvə, tam taxıl və sağlam yağların gündəlik istehlakı.

Həftədə ən azı bir dəfə balıq, toyuq, lobya və yumurta istehlakı.

Süd məhsullarının istehlakı.

Qırmızı ətin nəzarətli istehlakı.

Travma Sonrası Stress Bozukluğu travmatik hadisələr yaşamış və ya şahidi olmuş insanlarda baş verə bilən psixiatrik vəziyyətdir. Yenidən yaşamaq, qaçmaq, həddindən artıq həyəcan və əhval-ruhiyyədə mənfi dəyişikliklər kimi simptomlarla xarakterizə olunur. Yeni bir araşdırma, Aralıq dənizi pəhrizini yeməyin travmaya məruz qalan insanlarda TSSB əlamətlərini azaltdığını və mikrobiota-beyin-bağırsaq oxunun bu prosesdə rol oynadığını bildirdi.

Bağırsaq-beyin oxu adlanan bölgədəki mikroorqanizmlərin psixi sağlamlıq və duyğulara təsir etdiyinə dair artan sübutlar var.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et