
Ayaq biləyi ağrısı, ümumiyyətlə, ayaq biləyinin hər hansı bir nöqtəsinə, o cümlədən oynaq və ya alt ayağı dabanla birləşdirən Axilles tendonuna təsir edən ağrı kimi ifadə edilə bilər. Əzələ-skelet sisteminin bir hissəsi olan ayaq biləyi bədəni daşımağa kömək edən və əslində dayanmamızı, tarazlığımızı və hərəkət etməyimizi təmin edən nöqtələrdən biridir. Ən çox rast gəlinən vətər və əzələ zədələri, ayaq quruluşuna uyğun olmayan hündürdaban ayaqqabı və ya burxulma, həddindən artıq yüklənmə, artrit kimi revmatik və ya sümük-əzələ sistemi xəstəlikləri bunun əsas səbəblərindəndir. Ayaq biləyi ağrılarının digər səbəbləri aşağıdakılardır:
Ayağın sınığı
Gut
Lupus
Kalsifikasiya
Artrit
Ayaq biləyinin burxulması
Tendonit (qıcıqlanmış, iltihablı vətərlər)
Düz ayaqlar
İnfeksiyalar
Ayağın altında hiss edilən ağrı, qaçış, çox sıx ayaqqabıların istifadəsi, məşqlər, plantar fasiit və ya Morton nevroması kimi bir vəziyyətdən qaynaqlanır. Sərt və ya çatlamış dəri, ziyillər və hətta ayağın altına əlavə təzyiq yaradan ayaq formasına sahib olma ayaq altında ağrıların səbəblərindəndir. Ayağın düz və ya hündür tağlı olması, artıq çəki, sərt səthdə çox gəzmək, ayaqyalın gəzmək və hamiləlik daban sümüyündən qövsə qədər uzanan toxuma bandına zərər verə bilən plantar fasiitin ümumi səbəbləridir. Ayaqyuvasında və ya ayağın altındakı ağrı üçün tətbiq edə biləcəyiniz bəzi üsullar bunlardır:
İstirahət etmək
Hər 2-3 saatdan bir 20 dəqiqə ayaqlara buz kompresləri tətbiq etmək
Aşağıdabanlı, yumşaqdabanlı ayaqqabılardan istifadə etmək
Həddən artıq kilolusunuzsa, arıqlayın
Ayağı müntəzəm və yüngül məşqlərlə gücləndirməyə çalışmaq
Mənbə: Memorial
Tərcümə etdi: Aynur Mikayılova
