Qədim Misirlə bağlı bir çox sirlər insanlar tərəfindən maraqla qarşılanır. Bu sirlərdən biri də qədim misirlilərin pişiklərə xüsusi marağı ilə bağlıdır. Bəs niyə Qədim Misirlilər pişiklərə bu qədər məftun idilər?

Qədim Misirlilər tarix boyu bir çox heyvanlara xüsusi maraq göstəriblər, lakin heç biri pişiklər olan maraq qədər böyük deyildi.
Qədim misirlilər müxtəlif səbəblərdən hər bir heyvana böyük hörmət bəsləyirdilər. Məsələn, itlər qoruma və ovçuluq qabiliyyətlərinə görə yüksək qiymətləndirilirdi.
Qədim Misirdə pişiklər daha üstün mövqeyə malik idi. Ən yaxşı yeməklərlə qidalanan pişiklər üçün hətta xüsusi qəbirlər tikilmişdi.
Demək olar ki, krallıq səviyyəsində möhtəşəmliyi olan pişiklər Misir mifologiyasında da özünə yer tapmışdı.
Misirin ev, məişət, bolluq və məhsuldarlıq ilahəsi Bastet pişik olmaq gücünə sahib idi.
Qədim Misirlilər pişiklərin sehrli olduğuna və onlara uğur gətirdiyinə inanırdılar. Məhz buna görə zəngin ailələr pişiklərə bəzək əşyaları taxırdılar.
Qədim misirlilər, hətta öləndə mumiyalanan pişiklər üçün dünyada bilinən ilk ev heyvan qəbiristanlığını yaratdılar. Pişikləri öldürməyin cəzası isə ölüm idi.
Mənbə: onedio.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
